Norveçin neft şirkəti DNO Şimali İraqda neft hasilatını dayandırmağa başlayıb.
Bu barədə Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, DNO boru kəmərindən daşınma dayandırıldıqdan sonra o, hasilatı saxlama çənlərinə yönləndirib. Bununla belə, tanklar yalnız bir neçə günlük hasilatı saxlaya bilir.
Şirkət 2022-ci ildə Tawke və Peşkabir yataqlarında gündə orta hesabla 107 min barrel neft hasil edib. Bu həcm Kürd Regional Hökumətinin ixrac etdiyi neftin dörddə birini təşkil edir. DNO bildirib ki, kəsilməzdən əvvəl boru kəməri ilə gündə 400 min barel Kürd nefti və 70 min barel İraq nefti daşınıb.
Zəminə Hüseyn
Fins.az