Baş ofisi İsveçrədə yerləşən Credit Suisse bankı ABŞ zənginlərinin vergidən yayınmaq üçün istifadə etdiyi hesablar barədə məlumat verməməklə ABŞ səlahiyyətliləri ilə razılaşmanı pozduğunu bildirib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, açıqlamada Credit Suisse-nin 2014-cü ildə müqaviləni pozaraq ümumilikdə 700 milyon dollar gizlətdiyi bildirilib.
Açıqlamada bankın amerikalı iş adamı "Dan Horsky"-nin xaricdəki hesablarında 220 milyon dolları ABŞ rəsmilərindən gizlətməsinə kömək etdiyi də bildirilir.
Credit Suisse ABŞ Ədliyyə Departamenti ilə razılaşıb və 2014-cü ildə "ABŞ vergi ödəyicilərinə saxta gəlir vergisi bəyannamələri və digər sənədləri IRS-ə təqdim etməkdə kömək etmək" ittihamı ilə 1,3 milyard dollar cərimə ödəyib.
Zəminə Hüseyn
Fins.az