DÜNYA

30 Mart

Almaniyanın dövlət borcu rekord həddə çatıb

Almaniyanın dövlət borcu keçən il 46,1 milyard avro artaraq 2 trilyon 367,3 milyard avroya çatıb. 

Bu barədə Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, borc 2021-ci ilin sonu ilə müqayisədə 2 % artaraq 2 trilyon 367,3 milyard avroya çatıb.

Ölkənin Federal Statistika İdarəsinin (Destatis) yaydığı məlumata görə, dövlət borcunun artmasına koronavirus pandemiyasının təsirlərinə qarşı mübarizə, həmçinin enerjidaşıyıcılarının bahalaşması səbəb olub.

Adambaşına düşən dövlət borcu 27 906 avrodan 28 155 avroya yüksəlib. Dövlətlərin borcu 5 %(31,7 milyard avro) azalaraq 606,8 milyard avroya çatdığı halda, torpaq və bələdiyyə orqanlarının ümumi borcu 4,4 % artaraq 140,1 milyard avroya çatıb.

Zəminə Hüseyn
Fins.az