DÜNYA

29 Mart

Almaniyada Microsoft barədə araşdırmaya başlayıb

Almaniyanın rəqabət agentliyi Federal Kartel İdarəsi Microsoft-un bazar gücü ilə bağlı araşdırmaya başlayıb.

Fins.az bu barədə Bloomberg-ə istinadən xəbər verir.

Federal Kartel Agentliyi (The Bundeskartellamt) açıqlamasında bildirib ki, araşdırma "Microsoft-un bazar miqyasında rəqabət üçün müstəsna əhəmiyyət kəsb edən şirkət kimi təyin edilib-edilməyəcəyini" müəyyən edəcək.

Almaniya Federal Kartel Ofisinin rəhbəri Andreas Mundt Microsoft-un ənənəvi olaraq Windows və Office proqramlarında, əməliyyat sistemlərində və ofis proqramlarında güclü mövqeyə malik olduğunu vurğulayıb.

Mundt qeyd edib ki, əgər Microsoft-un bazar miqyasında rəqabət üçün böyük əhəmiyyət kəsb etdiyi aşkar edilərsə, bu, onlara rəqabəti təmin etmək üçün erkən tədbirlər görməyə imkan verəcək.

Zəminə Hüseyn
Fins.az