Noyabr ayında ikinci dəfə CEO olaraq Disneyə qayıdan Bob Igerin ilk işi işçi qüvvəsini azaltmaq oldu.
Bu barədə Fins.az ''Bloomberg''-ə istinadən xəbər verir.
Amerika əyləncə sənayesində dünyanın ən böyük media şirkətlərindən biri olan Disney qlobal işçi qüvvəsinin təxminən 3 %-ni ixtisar etməyə hazırlaşır.
Noyabr ayında Disneyə qayıdan CEO Bob Igerin ilk işi işçi qüvvəsini ixtisar etmək olub. Iger, işçi qüvvəsinin ixtisarının üç mərhələsinin birincisi olan bu həftədən etibarən işdən çıxarmağa başlayacaqlarını açıqladı.
Disney xərcləri azaltmaq üçün yayın əvvəlinə qədər 7000 işçisini işdən çıxaracaq.
İşdən çıxarmaların birinci mərhələsi bu həftə başlayacaq və menecerlər təsirə məruz qalan işçiləri xəbərdar etməyə başlayacaq. Disney-in CEO-su Bob Iger aprel ayında ikinci daha böyük ixtisarın, yayın əvvəlində isə üçüncü mərhələnin olacağını açıqlayıb.
Zəminə Hüseyn
Fins.az