MicroStrategy, 150 milyon dollar dəyərində 6,455 Bitcoin satın aldığını açıqlayıb. Sonuncu alışla şirkətin kassasında 4 milyard dollardan çox Bitcoin investisiyası yaranıb.
Bu barədə Fins.az CNN-ə istinadən xəbər verir.
Michael Saylorun şirkəti MicroStrategy, 16 Fevral - 23 Mart tarixləri arasında bir bitkoin üçün orta qiymət 23 238 dollara 6 455 bitkoin aldığını bildirib. Şirkətin hazırda sahib olduğu Bitcoin dəyəri 4,14 milyard dollardır.
Zəminə Hüseyn
Fins.az