Geosiyasi proseslər fonunda inflyasiyanın yüksəlməsi qlobal maliyyə sabitliyinə əsas təhdid kimi çıxış edib.
Fins.az 2022-ci ilin nəticələri üzrə Azərbaycan Mərkəzi Bankının (AMB) "Maliyyə Sabitliyi Hesabatı"na əsasən xəbər verir ki, Rusiyadan Avropaya ixrac edilən təbii qaz təchizatının əhəmiyyətli dərəcədə azaldılması və müəyyən dövr ərzində dayandırılması, o cümlədən Avropa Birliyi tərəfindən Rusiyadan kömür idxalına embarqo qoyulması və neftin maksimal qiymətinin müəyyənləşdirilməsi enerji qiymətlərinin artımına səbəb olub.
Eyni zamanda geosiyasi gərginlik və sanksiyalar ərzaq qiymətlərinin artımını şərtləndirib.
Əlavə olaraq pandemiya sonrası tələbin artımı qlobal inflyasiyanı yüksəldən digər faktor olub. Qlobal inflyasiyanın əsas drayveri baza inflyasiya olub.
Nəticədə ABŞ-da illik inflyasiya son 40 ilin ən yüksək həddi – 6.5%-ə çatıb, Avrozona və Böyük Britaniyada isə müvafiq olaraq 9.2% və 10.5% təşkil edib.
Fuad Mədətov
Fins.az