Fevral ayında Yaponiyada ixrac və idxal artımı gözləntilərin altında qalıb.
Fins.az CNN-ə istinadən xəbər verir ki, Yaponiyanın ticarət kəsiri fevralda illik müqayisədə 26,2 % artaraq 897,7 milyard yenə (6,76 milyon dollar) çatıb.
Hökumətin məlumatına görə, fevral ayında ixrac 6,5%, idxal isə 8,3 % artıb. Lakin, ixrac və idxal artımının müvafiq olaraq 7,1% və 12,2 % olacağını gözləyən iqtisadçıların proqnozlarından aşağı olub.
Yaponiyanın Avropa və ABŞ-a ixracı illik müqayisədə 18,6 % və 14,9 % artıb, Çinə ixrac isə 10,9 % azalıb.
Zəminə Hüseyn
Fins.az