Argentinada inflyasiya fevral ayında ilk dəfə 102,5% olaraq üç rəqəmə çatdı. Belə göstərici son dəfə 1991-ci ildə görülüb.
Bu barədə Fins.az CNN-ə istinadən xəbər verir.
Fevral ayında Argentinada istehlak qiymətləri bir əvvəlki aya görə 6,6% artdı. İqtisadçıların gözləntisi isə artımın 6,2 % olacağı idi.
Argentina, Zimbabve Lebanon, Venesuela və Suriya dünyada inflyasiyada üç rəqəmlini görən beşinci ölkə oldu.
Zəminə Hüseyn
Fins.az