Ukrayna iqtisadiyyatı ötən il 29,2% azalıb.
Fins.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyinin rəsmi saytında qeyd olunub.
Məlumata görə, bu, hökumətin, parlamentin koordinasiyalı işi, beynəlxalq tərəfdaşların köməyi, biznesin və əhalinin mövcud vəziyyətə uyğunlaşması sayəsində mümkün olub. Bununla belə, iqtisadiyyatın bərpasına mane olan mənfi tendensiyalar hələ də mövcuddur.