TÜİK məlumatlarına görə, sabit qiymətlərlə pərakəndə satış həcmi 2023-cü ilin yanvar ayında əvvəlki ilin eyni ayına nisbətən 33,9 % artıb.
Beləliklə, 2021-ci ilin aprel ayından bəri pərakəndə satışlarda ən sürətli illik artım müşahidə edilib.
Bu barədə Fins.az ''Bloomberg''-ə istinadən xəbər verir.
Eyni ayda qida, içki və tütün satışı 24,4% , qeyri-ərzaq məhsullarının satışı (avtomobil yanacağı istisna olmaqla) 42,4%, avtomobil yanacağı satışı isə 23,6% artıb.
Zəminə Hüseyn
Fins.az