Gürcüstan iqtisadiyyatına ötən il birbaşa xarici investisiyaların həcmi 2 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 61,1% çoxdur.
Fins.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, ölkəyə ən çox investisiya yatıranlar Böyük Britaniya, İspaniya, ABŞ və Hollandiya olub. Rusiyanın Gürcüstana birbaşa investisiyalarının həcmi isə ötən il 6% azalıb.
Bildirilib ki, investisiyaların həcmi son 17 ildə ilk dəfə 2 milyard dolları ötüb.