DÜNYA

10 Mart

TÜİK Yanvar ayında işsizlik statistikaslarını təqdim edib

TÜİK, 2023-cü ilin yanvar ayında olan işsizlik məlumatlarını açıqladı.

Yanvar ayı ərzində 15 və daha yuxarı yaşda olan işsizlərin sayı əvvəlki ayla müqayisədə 166 min nəfər azalaraq 3 milyon 424 min nəfər olub. İşsizlik nisbəti isə 0,5 bal azalaraq  9,7% olub. 

Fins.Az “Bloomberg”ə istinadən xəbər verir ki, işsizlik nisbəti kişilər üçün 7,7% , qadınlar üçün 13,7% olduğu təxmin edilib.

Yanvar ayında məşğul olanların sayı əvvəlki ayla müqayisədə 354 min nəfər artaraq 31 milyon 837 min nəfər, məşğulluq nisbəti isə 0,5 % bəndi artaraq 48,9% olub. Bu göstərici kişilərdə 66,9 % olduğu halda, qadınlarda 31,2 % olub.

Zəminə Hüseyn
Fins.az