Kanada Bankı gözləntilərə uyğun olaraq faiz dərəcəsini 4,50% səviyyəsində saxladı. Bankdan verilən açıqlamada siyasət faizində dəyişiklik olmadığı bildirilib.
Fins.Az “Bloomberg”ə istinadən xəbər verir ki, açıqlamada qeyd olunub ki, bank faiz dərəcəsi 4,75 %, depozit faiz dərəcəsi isə 4,50% səviyyəsində saxlanılıb.
Kanada Bankı, yüksək inflyasiya ilə mübarizə aparmaq üçün 2022-ci ilin Mart ayından bu yana faiz dərəcələrini ardıcıl olaraq 8 dəfə artıraraq, faiz dərəcəsini cəmi 425 baza bəndi artırıb. Son iclasda alınan qərarla Kanada Bankı təxminən bir ildir ki, ilk dəfə faiz dərəcəsini sabit saxlayıb.
Zəminə Hüseyn
Fins.az