Ukraynanın dövlət borcunun həcmi bu ilin yanvar ayında 5 milyard dollardan çox artaraq 116 milyard dolları ötüb.
Fins.Az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hesabat dövründə Ukraynanın dövlət zəmanətli borcunun məbləği 185,35 milyard UAH və ya 5,06 milyard dollar artıb. Eyni zamanda, borcun 64,95%-i qeyri-rezidentlərin, 35,05%-i isə Ukrayna rezidentlərinin payına düşür.