Türkiyədə ötən ay illik inflyasiya 55,18% təşkil edib.
Fins.Az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat açıqlayıb.
Məlumata görə, fevralda ölkədə inflyasiya aylıq bazda isə 3,15% artıb. Bu dövrdə Türkiyədə əsasən geyim və ayaqqabı bahalaşıb.