Oktaybrın 1-i 2022-ci il və fevralın 28-i 2023-cü il tarixləri arasında İngiltərənin bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı qış boyu əhalinin elektrik enerjisinə ehtiyacını ödəyə biləcək səviyyəyə çatıb.
Fins.Az “Bloomberg”ə istinadən xəbər verir ki, sözügedən dövrdə su, külək və günəş enerjisindən elektrik enerjisi istehsalı illik müqayisədə 4 teravatt-saat artıb.
Londonda yerləşən ''ECIU'' analitik mərkəzinin yeni təhlilinə əsasən, qış dövründə İngiltərənin su, külək və günəş enerjisindən elektrik istehsalı 47 teravatt-saat təşkil edib.
Bu istehsal həcmi il ərzində ölkədəki bütün evlərin və ya 16 milyon evin elektrik enerjisinə olan tələbatını ödəməyə imkan verir. Bundan əlavə, həmin dövrdə təbii qaz elektrik stansiyalarından elektrik enerjisi istehsalı da 45 teravatt-saatdan çox olub.
Zəminə Hüseyn
Fins.Az