DÜNYA

09 Fevral

Dünyanın ən böyük kriptovalyuta birjası dolların depozit və çıxarılmasını dayandırdı

Dünyanın ən böyük kriptovalyuta birjası "Binance" dolların depozit və çıxarılmasını dayandırıb.

Fins.Az "CNBC"ə istinadən xəbər verir ki, şirkət aktiv istifadəçilərin yalnız 0,01%-nin dollarla aylıq bank köçürmələrindən istifadə etdiyini qeyd edib.

"Binance" ABŞ valyutasında xidməti ən qısa zamanda bərpa edəcəyini açıqlayıb. Bildirilib ki, qərar ABŞ-dan olan müştərilərə təsir etməyəcək, çünki burda şirkətin ayrıca bölməsi fəaliyyət göstərir.