ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EİA) 2023-cü il üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu açıqlayıb.
Fins.Az qurumun aylıq hesabatına istinadən xəbər verir ki, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 100,47 mln. barel səviyyəsində olacaq, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 0,01 mln. barel azdır.
Hesabata əsasən, gələn il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102,26 mln. barel səviyyəsində olacaq.
Əlavə edək ki, 2022-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 99,36 mln. barel olub.