Böyük Britaniyanın neft-qaz şirkəti "Shell" ötən il 40 milyard dollar gəlir əldə edib. Bununla da neft şirkətinin gəliri 2008-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Fins.Az xəbər verir ki, bu barədə şirkət məlumat açıqlayıb.
Məlumata görə, Rusiya-Ukrayna müharibəsindən sonra neft və qaz qiymətlərinin artması şirkətin gəlirini 2 dəfə artırıb. Gəlirlərinə görə Avropanın ən böyük neft şirkətinin 2021-ci ildə gəliri 19,3 milyard dollar olub.
"Shell" ötən ilin dördüncü rübündə 9,8 milyard dollar mənfəət əldə edib. Şirkət 2022-ci ildə qlobal miqyasda 13,1 milyard dollar vergi ödəyib. Neft şirkəti səhmlərin geri alınması və dividendlərin ödənilməsi yolu ilə ötən il səhmdarlara 26 milyard dollar qaytarıb.
"Shell" ötən il inteqrasiya olunmuş qaz və neft kəşfiyyat bölmələrinə təxminən 12,4 milyard dollar sərmayə qoyub.