DÜNYA

09 Fevral

Avropa İttifaqı Gürcüstana 21 milyon avro ayıracaq

Avropa İttifaqı bu il iqtisadiyyat və biznes, kənd təsərrüfatı kimi sahələrdə islahatların həyata keçirilməsi üçün Gürcüstana 60 milyon lari (21 milyon avro) ayıracaq.

Fins.Az xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.

Təxminən 6 milyon avro iqtisadiyyatın və biznesin inkişafına, 3,2 milyon avro kənd təsərrüfatına dəstək proqramının həyata keçirilməsinə xərclənəcək.