DÜNYA

09 Fevral

TotalEnergies 20 milyard dollardan çox qazandı

Fransanın "TotalEnergies" enerji şirkətinin ötən il xalis mənfəəti 20,5 milyard dollara çatıb. Halbuki, şirkət ötən il 16 milyard dollar qazanıb.

Fins.az xəbər verir ki, bu barədə şirkət məlumat açıqlayıb.

Məlumata görə, bu, şirkətin tarixində ən yüksək göstəricidir. Bildirilib ki, şirkət Avropanın sanksiyaları fonunda Rusiyadakı fəaliyyətini məhdudlaşdırmasaydı, bu nəticə daha da yüksək ola bilərdi.

Eyni zamanda, neft şirkətinin ötən ilin dördüncü rübündə xalis mənfəəti 44% azalaraq 3,3 milyard dollara enib.