DÜNYA

08 Fevral

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar paketini genişləndirib.

Bu barədə Böyük Britaniya XİN mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Rusiyaya qarşı sanksiyalar paketinə 15 fiziki və hüquqi şəxsin adı əlavə olunub.

Siyahıya müxtəlif məşhur biznesmenlərin, həmçinin Rusiyanın “Rostexkomplekt”, “Oboronlogistika” və “Universalmaş” zavodunun adı əlavə olunub.

 ©APA