DÜNYA

06 Fevral

\"Goldman Sachs\": Neftin qiyməti yenidən 100 dolları ötə bilər

Neft qiymətləri qalıq enerjiyə sərmayə qoyulmaması nəticəsində yaranan təklif boşluğu səbəbilə yenidən 100 dolları ötəcək.

Fins.Az xəbər verir ki, bu barədə "Goldman Sachs" investisiya bankının analitikləri bildiriblər.

Məlumata görə, ehtiyat istehsal gücü tükəndiyi üçün gələn il dünya ciddi neft tədarükü problemi ilə üzləşə bilər. Bildirilib ki, may ayına qədər neft bazarlarında tələblə müqayisədə təklif qıtlığı yaranacaq və bu da neft qiymətlərinə müsbət təsir göstərəcək.