"Türkiyə hakimiyyəti inflyasiyanın qarşısını almaq üçün uçot dərəcəsini azaltmağa davam edəcək".
Fins.Az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Türkiyə uçot dərəcəsini azaltmağa davam edəcək. Digər ölkələr faiz dərəcəsini artırır, biz isə əksinə, onu endiririk. Çünki, səbəb faiz, nəticə isə inflyasiyadır", - deyə Ərdoğan vurğulayıb.
Bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar qlobal iqtisadiyyatda baş verən böhran və Ukrayna müharibəsi nəticəsində türk lirəsi kəskin ucuzlaşıb. Respublikada inflyasiya ən bədbin proqnozları üstələyib. Belə böhran vəziyyətlərində beynəlxalq təcrübə faiz dərəcəsinin artırılmasını təklif edir. Lakin Türkiyə faiz dərəcəsini endirir.