DÜNYA

02 Fevral

Bu ölkədə bir sıra yeni qızıl yataqları aşkarlanıb

Tacikistanda on yeni qızıl yatağı aşkarlanıb.

Bu barədə Tacikistan Elmlər Akademiyasının Geologiya, Seysmik davamlı Tikinti və Seysmologiya İnstitutunun direktoru İlhomcon Oymuhammadzod jurnalistlərə deyib.

Yeni qızıl ehtiyatları Mərkəzi Tacikistanda və Dağlıq Bədəxşan Muxtar Vilayətində yerləşir, dəqiq dəyəri əlavə kəşfiyyat işləri aparıldıqdan sonra müəyyən ediləcək.