Rusiyanın “Pobeda” aviaşirkəti Türkiyəyə müntəzəm uçuşlar təşkil edəcək.
Aeroflot" Hava Yollarına məxsus olan “Pobeda” iyunun 3-dən etibarən Moskva-Bodrum müntəzəm reyslərini yerinə yetirməyə başlayacaq.
Bu marşrut üzrə uçuşlar ilk vaxtlar həftənin ikinci, üçüncü və altıncı günləri olacaq. Vnukovo hava limanından həyata keçiriləcək uçuşlar sentyabrın 1-dən gündəlik olacaq.
Bundan əlavə, Moskvadan İstanbul, Antalya və Alaniya şəhərlərinə ayrı-ayrı uçuşlar həyata keçiriləcək. Həmçinin Mahaçqaladan, Kazan və Vladiqafqazdan İstanbula uçuşların olacağı planlaşdırılır.