DÜNYA

30 Yanvar

"BP": Ukrayna müharibəsi təmiz enerjiyə keçidi sürətləndirəcək

Ukrayna müharibəsinin enerji tələbatını ağırlaşdıracağı və ölkələr daxili enerji təchizatını artırdığı üçün bərpa olunan enerjiyə keçidi sürətləndirəcəyi gözlənilir.

Fins.Az xəbər verir ki, bu barədə "BP" şirkətinin hesabatında bildirib.

Məlumata görə Ukrayna müharibəsi 2035-ci ilə qədər qlobal iqtisadi fəallığı 2022-ci illə müqayisədə təxminən 3% yavaşlatacaq. "BP" 2035-ci ildə neft və qaza tələb proqnozunu müvafiq olaraq 5% və 6% azaldıb.

Eyni zamanda, 2030-cu ildən sonra neft tələbinin sürətlə azalacağı proqnozlaşdırılır. Lakin 2035-ci ilə qədər dünyada qlobal neft tələbinin gündəlik 70-80 milyon barelə çataraq, qlobal enerji sistemində böyük rol oynamağa davam edəcəyi gözlənilir.