ABŞ-ın hərbi texnika ixracından qazancı 2022-ci maliyyə ilində təxminən 49% artaraq 205,6 milyard dollara çatıb.
Fins.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti 2022-ci maliyyə ili üçün silah transferləri və müdafiə ticarəti ilə bağlı məlumatları paylaşıb.
Məlumata görə, 2022-ci maliyyə ilində ABŞ şirkətlərinin hərbi texnika satışı 48,6% artaraq 153,7 milyard dollar olub. ABŞ-ın xarici ölkələrə hərbi texnika satışı 2021-ci maliyyə ilində isə 138,2 milyard dollar təşkil edib.