Dünyada ötən il smartfonların ümumi tədarükü illik müqayisədə 11,3% azalaraq 1,21 milyard ədəd olub ki, bu da son 10 ilin ən aşağı göstəricisidir.
Fins.Az xəbər verir ki, bu barədə Beynəlxalq Tədqiqat Şirkəti məlumat açıqlayıb.
"Samsung" ötən il 260,9 milyon smartfon tədarük etməklə qlobal bazara liderlik edib. "Apple" və "Xiaomi" müvafiq olaraq 226,4 milyon və 153,1 milyon ədəd tədarüklə ikinci və üçüncü yerlərdə qərarlaşıblar. Beləliklə, ilk üçlük 2022-ci ildə qlobal bazarda 21,6%, 18,8% və 12,7% paya sahib olub.