"Microsoft" (NASDAQ: MSFT) Çərşənbə axşamı açıqladığı mənfəət hesabatında gəlirinin analitiklərin təxminlərindən və lazımınca qiymətləndirilməyən proqnozlardan geri qaldığını bilidirib.
Fins.Az xarici mətbuata istinadən xəbər verir ki, şirkət səhm başına 2,20$, ümumi gəlirinin 52,7 milyard dollar olduğunu açıqlayıb. Analitiklər isə şirkətin hər bir səhm üçün 2,30$, ümumi olaraq isə 53,12 milyard dollar qazanacağını proqnozlaşdırırdılar.
İl ərzində "Microsoft"-un səhmlərinin qiymıti ümumilikdə dəyişməyib. Səhmlərin ticarət edildiyi "SP Global 100" indeksi isə 5% bahalaşıb.