DÜNYA

24 Yanvar

Analitiklər: Dollar üzərində təzyiqləri artır

Birjalar ABŞ Federal Ehtiyatlar Sisteminin növbəti faiz həmləsi ehtimallarını qiymətləndirilməyə başlayıb.

Fins.Az ABŞ mətbuatına istinadən xəbər verir ki, investorlar bankın fevral ayında faiz artımının həcmini 25 baza bəndinə qədər endirə biləcəyi ehtimallarını ön plana çıxarırlar.

Analitiklər, valyuta bazarlarında qiymətlərin formalaşmasında ABŞ-da iqtisadi aktivliyin səngiməsi səbəbilə FED-in faiz artımlarını hətta tezliklə bitirəcəyi ilə bağlı proqnozlar səsləndirirlər. Bu da öz növbəsində dollar üzərində təzyiqləri artırır.

Təhlillərə əsasən hazırda 101.50 bənd hədlərində qərarlaşan Dollar İndeksi 100 bənd hədlərinə kimi geriləyə bilər. Bu da EURUSD və GBPUSD məzənnələrinin müvafiq olaraq 1.0950 və 1.2500 səviyyələrinə kimi bahalaşamasına səbəb ola bilər.

Dolların ucuzlaşması fonunda qızıla tələb artmaqda davam edir. Qiymətli metalın bir unsiya üzrə qiyməti 1932$ həddinin üzərində möhkəmlənə bilsə, artım tendensiyası 1942$ və 1950$-a qədər davam edə bilər. Təhlillərə əsasən, 1942$ səviyyəsi əsas psixoloji müqavimət həddi kimi çıxış edir.