Avropada qazın 1 000 kubmetrinin qiyməti 766 dolları ötüb.
Fins.Az xəbər verir ki, bu barədə London Fond Birjasının məlumatında qeyd edilib.
Məlumata görə, Niderlandın TTF mərkəzində qazın fevral müqaviləsində 1 000 kubmetrinin qiyməti 3%-ə yaxın bahalaşıb.