DÜNYA

23 Yanvar

"ESMA"-dan xəbərdarlıq

Avropa Birliyinin maliyyə bazarının tənzimləyicisi olan "ESMA" bu gün dərc etdiyi hesabatında bildirib ki, AB üzvləri təbii qazın qiymətinə müvəqqəti məhdudiyyət tətbiq etsələr, bu, bazarın likvidliyini azalda bilər.

Fins.Az xəbər verir ki, "ESMA" hesabatında fevralın 15-də qüvvəyə minəcək təbii qaz qiymət limitinin təsirlərinin birdən-birə görünməyəcəyini ifadə edərək, ilk başlqarda təsirlərin olmamasının heç vaxt baş verməyəcəyi anlamına gəlmədiyini də vurğulayıb.

Qiymət həddinin ümumilikdə bazar mühitində ciddi və ani dəyişikliklərə səbəb ola biləcəyini ifadə edən qurum, bunun bazarların düzgün işləməsinə və nəticədə maliyyə sabitliyinin pozulmasına təsir göstərə biləcəyini bildirib.