DÜNYA

23 Yanvar

Türkiyədə İstehlakçıların İnam İndeksi yüksəlib

Türkiyə Statistika Qurumu (TÜİK) yanvar ayı üçün İstehlakçıların İnam İndeksi məlumatlarını açıqlayıb.

Fins.Az xəbər verir ki, TÜİK və Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı ilə birgə həyata keçirilən “İstehlakçı Meyilləri Araşdırması”nın nəticələrinə əsasən hesablanan mövsümi təsirlərdən təmizlənmiş İstehlakçıların İnam İndeksi yanvar ayında 2022-ci ilin dekabr ayı ilə müqayisədə 4,6% artıb.

2022-ci ilin dekabrında 75,6 bənd olan indeks bu ay 79,1 bəndə yüksəlib ki, by da son 16 ayın ən yüksək səviyyəsi hesab olunur.