Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 770 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.
Fins.Az APA-ya istinadən xəbər verir ki, 23 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 766,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (747 dollar) ilə müqayisədə 2,7% çoxdur.
Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.