DÜNYA

18 Yanvar

Qeyri-OPEC ölkələrində neft hasilatının artım tempi yüksələcək - PROQNOZ

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2023-ci il üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu artırıb.

Fins.az-ın OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari il OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 67,16 mln. barel olacağı ehtimal olunur, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 40 min barel çoxdur.

Hesabata əsasən, 2022-ci ildə sözügedən göstərici 65,61 mln. barel həcmində (öncəki proqnoz – 65,57 mln. barel) olub.

Xatırladaq ki, 2021-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik neft hasilatı 63,65 mln. barel səviyyəsində olub, 2020-ci ildə isə bu göstərici 62,97 mln. barel təşkil edib.