DÜNYA

13 Yanvar

“Türk axını” ilə Türkiyə və Avropaya nəql edilən qazın həcmi açıqlanıb

İstifadəyə veriləndən (2020-ci il yanvarın 8-də) “Türk axını” qaz boru kəməri ilə Türkiyəyə və Avropaya 57,2 mlrd. kubmetr Rusiya qazı nəql edilib.

Fins.Az-ın məlumatına görə, bu barədə APA Türkiyənin "Anadolu” Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, qeyd olunan dövrdə kəmər vasitəsi ilə Türkiyəyə 26,7 mlrd. kubmetr, Avropaya isə 30,5 mlrd. kubmetr qaz nəql edilib.

“Ötən il sözügedən xətt vasitəsilə Türkiyəyə 8,6 mlrd. kubmetr, Avropaya isə 12,5 mlrd. kubmetr qaz tədarük edilib”, - məlumatda qeyd olunur.

Xatırladaq ki, "Türk axını" kəməri Rusiyadan Türkiyə, Cənubi və Cənubi-Şərqi Avropaya qaz tədarükünü təmin etmək məqsədilə Qara dənizin dibi ilə çəkilib. Qaz kəmərinin illik ötürmə gücü 31,5 mlrd. kubmetr təşkil edir.