“Taxıl sazişi” çərçivəsində bu günə qədər Ukrayna limanlarından taxıl da daxil olmaqla 16,9 milyon ton kənd təsərrüfatı məhsulları daşınıb.
Fins.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin kənd təsərrüfatı naziri Vahit Kirişçi açıqlayıb.
Onun sözlərinə görə, sözügedən bu məhsulların yalnız 5,4%-i yoxsul ölkələrə göndərilib.
Xatırladaq ki, Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair saziş 2022-ci il iyulun 22-si İstanbulda 120 günlüyünə bağlanıb. Daha sonradan sazişin müddəti uzadılıb. Sözügedən saziş Rusiya, Ukrayna, Türkiyə və BMT arasında bağlanıb.