DÜNYA

06 Yanvar

Avrozonada inflyasiya 9,2%-ə enib

Ötən ilin dekabrında avrozonada inflyasiya noyabr ayı ilə müqayisədə 0,9 faiz bəndi azalaraq, 9,2%-ə enib.

Bu barədə “Aİ-nin statistika idarəsi olan “Eurostat”ın məlumatında bildirilib.

Qeyd edək ki, avrozonada inflyasiya ardıcıl ikinci aydır ki, azalır. İlk azalma noyabrda baş verib, o zaman illik inflyasiya oktyabrdakı 10,6%-dən 10,1%-ə enib.