DÜNYA

06 Yanvar

2022-ci ildə Türkiyə 30 milyard dollardan çox avtomobil sənayesi məhsulları ixrac edib

2022-ci ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq 30,995 milyard dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Keçən ilin dekabr ayında Türkiyə 3,2 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 6,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (dekabr 2021- dekabr 2022) Türkiyə 30,995 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.