2022-ci ilin yanvar-dekabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azalaraq 21,1 milyard dollara bərabər olub.
Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin dekabr ayında Türkiyə 1,3 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 40,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (dekabr 2021- dekabr 2022) Türkiyə 21,1 milyard dollar məbləğində polad ixrac edib.