Çin iqtisadiyyatının builki inkişaf tempi son 40 ildə ilk dəfə olaraq qlobal artım səviyyəsindən aşağı ola bilər.
Fins.az xəbər verir ki, bu barədə "CBS" telekanalına müsahibəsində Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva deyib.
Onun sözlərinə görə, Çin iqtisadiyyatının artım tempi yavaşlamağa davam edəcək: "Çin iqtisadiyyatı COVID-19 pandemiyası səbəbilə ciddi problemlərlə üzləşəcək. Gələn il Çin üçün çətin olacaq. Və bu, bütün dünyada mənfi tendensiyalara gətirib çıxaracaq. İnkişaf etməkdə olan iqtisadiyyatlara nəzər salsaq, orada mənzərə daha pisdir. Çünki bu ölkələr yüksək faiz dərəcələrindən və dolların bahalaşmasından əziyyət çəkirlər".