DÜNYA

27 phrase_var_core.december

Coca-Cola İçecek Pakistan törəmə müəssisəsindəki payını artırır

Türkiyədə qeydiyyatda olan "Coca-Cola İçecek A.Ş" (CCI) şirkəti, törəmə müəssisəsi vasitəsilə "The Coca-Cola Beverages Pakistan Limited" (CCBPL) şirkətinin səhmlərinin bir hissəsinin alınması ilə bağlı müqavilə imzaladığını açıqlayıb.

"Fins.az" açıqlamaya istinadən xəbər verir ki, "Coca-Cola İçecek"  törəmə şirkəti "CCI International Holland" vasitəsilə CCBPL-də "Atlantic Industries" şirkətinin 49,67 faiz payını almaq üçün 300 milyon dollar ödəyəcək.

Əməliyyatın başa çatması ilə "Coca-Cola İçecek"in CCBPL-də birbaşa və dolayı sahibliyi 99,34% olacaq.

Sövdələşmənin hökumət və digər müvafiq qurumlar tərəfindən təsdiqləndikdən sonra 2023-cü ilin birinci yarısında tamamlanacağı gözlənilir.

CCI - Türkiyə, Pakistan, Qazaxıstan, İraq, Özbəkistan, Azərbaycan, Qırğızıstan, İordaniya, Tacikistan, Türkmənistan və Suriyada 10.000-ə yaxın işçisi olan şirkətdir. The Coca-Cola Company brendlərindən ibarət olan qazlı və qazsız İçkilərin istehsalı, satışı və paylanması ilə məşğul olan CCI, Coca-Cola sistemində ən mühüm şirkətlərdən biridir.