Netflix-in 7 ölkədə həyata keçirdiyi Cultural Affinity Research-ə görə, türk istehsalatlarına baxan insanların ölkəyə səfər etmək istəyi 2,6 dəfə artıb.
"Fins.az" xəbər verir ki, Netflix açıqlamasına görə, şirkət Türkiyənin orijinal hekayələrini 190 ölkəyə çatdırmağa davam edir. Bu günə qədər 30-dan çox yerli məhsul istehsal edən əyləncə xidməti dünyanın müxtəlif yerlərində bu istehsalların təsirini ölçmək üçün hərtərəfli ictimai sorğu keçirib.
Bu il ikinci dəfə keçirilən Netflix Cultural Affinity Sorğusuna ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, İspaniya, Səudiyyə Ərəbistanı və Çilidən 13 min insan qatılıb.Araşdırmanın nəticələrinə görə, Netflix üzvləri türk istehsallarına üzv olmayanlardan 1,5 dəfə çox baxırlar.
Netflix-də türk seriallarına və filmlərinə baxanların Türkiyəyə turist kimi gəlmə ehtimalı, baxmayanlara nisbətən 2,6 dəfə çoxdur. Dünyada turist marağının ən çox artdığı üç ölkə Braziliya, ABŞ və Birləşmiş Ərəb Əmirlikləridir.