DÜNYA

23 Dekabr

Rusiya qiymət həddi ilə neft və neft məhsullarının tədarükünü qadağan edəcək

Rusiya Federasiyası Qərbin tətbiq etdiyi qiymət həddinə əməl olunmasını tələb edən ölkələrə neft və neft məhsullarının tədarükünü qadağan edəcək.

Bunu baş nazirin müavini Aleksandr Novak deyib.

Onun sözlərinə görə, 2023-cü ilin əvvəlində gündəlik neft hasilatını 500-700 min barel azalda bilər, bu da təqribən 5-7% deməkdir.

“Yeddilik Qrupu” ölkələri, Aİ və Avstraliya dekabrın 5-dən öz gəmiləri və əraziləri üçün dənizlə nəql edilən Rusiya neftinin bir barelinə görə 60 dollar yuxarı qiymət həddini tətbiq etmək barədə razılığa gəliblər. Bundan əlavə, 2023-cü il fevralın 5-dən neft məhsulları üçün həddi qiymətlər qüvvəyə minəcək, onların parametrləri daha sonra müəyyən ediləcək.