DÜNYA

22 Dekabr

Türkiyədə 2023-cü il üçün minimum aylıq əmək haqq açıqlandı

2023-cü il üçün Türkiyədə xalis (net) minimum aylıq əmək haqqı 8506 türk lirəsi (cari məzənnə ilə 775 manat) müəyyən edilib.

Fins.az xəbər verir ki, bu barədə qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Ölkədə minimum aylıq əmək haqqından aşağı məbləğ ilə işçi çalışdırmaq qadağandır.

2023-cü ildə tətbiq ediləcək xalis minimum əmək haqqı 2020-ci illə müqayisədə 54% artırılaraq 8506 TL-yə yüksəldilir.