DÜNYA

21 Dekabr

Dünya nəhəngi olan bu kibertəhlükəsizlik şirkəti 2022-ci ildə 100-dən çox patent əldə edib

2022-ci il ərzində Kaspersky 111 patent alıb və 54 yeni patent üçün müraciət təqdim edib. Bu yaxınlarda dərc edilmiş patentlərdən 47-si ABŞ Patent və Əmtəə Nişanları İdarəsi, 31-i Rusiya Əqli Mülkiyyət üzrə Federal Xidməti, 23-ü Çin Dövlət Əqli Mülkiyyət İdarəsi, səkkizi Avropa Patent İdarəsi və ikisi Yaponiya Patent Ofis tərəfindən təsdiqlənib.

"Fins.az" xəbər verir ki, ötən il qeydə alınan innovasiyaların əksəriyyəti kibertəhlükəsizlik sahəsinə dair texnologiyaları əhatə edir. Bunlar maşın öyrənməsi, bulud infrastrukturu, təhlükəsizlik hadisələrinin idarə edilməsi (SIEM) və zərərli proqramların aşkarlanması ilə əlaqədar, həmçinin spam əleyhinə tətbiq olunan texnologiyalardır. Bundan əlavə, Kaspersky  məlumatların ötürülməsi, reklamların bloklanması və mülki pilotsuz uçan aparatların aşkarlanması üçün həllər ilə bağlı texnologiyalar da daxil olmaqla, digər sahələrdə də öz ixtiralarını fəal şəkildə patentləşdirib.

İnnovasiya - Kaspersky-nin aparıcı İT şirkəti kimi inkişafında mühüm rol oynayır, onun mütəxəssisləri daim kibertəhlükəsizlik sənayesinin inkişafı üçün yeni texnologiyaların yaradılması və tətbiqi üzərində çalışırlar. Şirkət mütəmadi olaraq öz ekspert həlləri və eksperimental tədqiqatları ilə bağlı sahələr üzrə patent müraciətləri edir.