DÜNYA

21 Dekabr

Mask: “ABŞ hökuməti Baydenin oğlunun notbukundakı məlumatları gizlətmək üçün “Twitter”ə pul ödəyib”

ABŞ hökuməti ölkə prezidenti Co Baydenin oğlu Hanterin notbukundakı məlumatları gizlətmək üçün “Twitter”ə milyonlarla dollar ödəyib.

Bunu sosial şəbəkə istifadəçisinin qalmaqalla bağlı paylaşımını şərh edən “Twitter”in yeni sahibi İlon Mask bildirib.

Ötən həftə müstəqil jurnalist Met Taibi qeyd edib ki, şirkət mütəmadi olaraq ABŞ hakimiyyətinin senzura əmrlərini yerinə yetirir və Hunter Bayden qalmaqalı ilə bağlı bütün materiallar məhdudlaşdırılıb. Jurnalist iddia edib ki, bu qalmaqalla bağlı məlumatların yayılmasını məhdudlaşdırmaq üçün “Twitter” rəhbərliyi ən sərt tədbirlərdən istifadə edib.