Rusiyanın ən varlı adamları ilin əvvəlindən 75 milyard dollar itiriblər.
"Fins.az" xəbər verir ki, hazırda Bloomberg Milyarderlər İndeksinə (BBI) daxil olan Rusiyanın ən varlı sahibkarlarının ümumi sərvəti ilin əvvəlindən 75,1 milyard dollar azalıb.
Ümumilikdə BBI reytinqinə dünyanın 500 ən varlı adamı daxildir. Onlardan 23-ü Rusiya vətəndaşıdır. Reytinqə daxil olan Rusiya vətəndaşlarının ümumi sərvəti dekabrın 1-nə 296,03 milyard dollar təşkil edir.
İndeks milyarderlərin pay sahibi olduğu şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır.